Urmu və Təbrizdə məktəblər bağlandı Güney Azərbaycan

Urmu və Təbrizdə məktəblər bağlandı

Güney Azərbaycanın Urmu, Təbriz, Binab, Üskü, Səhənd və Xosroşah şəhərlərində məktəblər tətil elan edilib.

Gunaz.tv

Bu barədə Qərbi və Şərqi Azərbaycan əyalətlərinin Təhsil İdarələrinin ictimaiyyətlə əlaqələr bölməsi əlumat yayıb.

Məlumata görə, məktəblərin tətil elan edilməsi hava çirkliliyinin şiddətlənməsi, havada çirkləndiricilərin konsentrasiyasının artması və bunun insanların sağlamlığına təhlükə doğurmasına görə qərara alınıb.

Qeyd edək ki, Təbrizi və Binab şəhərlərinin havasının çirklənməsinin əsas amillərindən biri də İstilik Elektrik Stansiyalarında dizel yanacağından istifadə edilməsidir.

Əyalət rəhbərliyi və İES-lərin məsulları İran Milli Qaz Şirkətinin Şərqi Azərbaycan əyalətində mövcud olan istilik elektrik stansiyalarına qaz verilişini dayandırdığı üçün dizel yanacağından istifadə etməyə məcbur olduqlarını bildirirlər.