Təbriz sərnişin qatarı işçiləri etiraz etdilər Güney Azərbaycan

Təbriz sərnişin qatarı işçiləri etiraz etdilər

"Rəd" Təbriz sərnişin qatarı işçiləri əmək haqlarının verilməməsi, sığorta tələbləri və iş statuslarının qeyri-müəyyən vəziyyətdə olduğunu bildiriblər.

Gunaz.tv

Onlar 23 sentyabr 2022-ci ildə əsassız bəhanələrlə işdən qovulduqlarını, qalıq əmək haqları və başqa hüquqlarının bu günə kimi verilmədiyini deyiblər.

İşçilər bildiriblərki, işdən çıxarılan 60 nəfərin hüquqlarının təmini və işə bərpa olunacaqları ilə bağlı şirkət rəhbərliyinin verdiyi vədlər yerinə yetirilməyib.

Onların dediyinə görə, ortalama 15-20 il iş keçmişi olan işçilərin hər birinə şirkət 400 milyon tümən (600 dollar) ödəməli olsa da, müxtəlif bəhanələrlə bundan imtina edir.

İşdən çıxarılan işçilərin nümayəndələri sosial mediadakı paylaşımlarında əlaqədar dövlət qurumlarının da şirkət rəhbərliyinin tərəfini tutduğunu, işçilərin hüquqlarının tapdalanmasına göz yumduqlarını bildiriblər.