Kürd millət vəkili Qərbi Azərbaycanla bağlı yenə də iddia etdi Güney Azərbaycan

Kürd millət vəkili Qərbi Azərbaycanla bağlı yenə də iddia etdi

Qərbi Azərbaycan əyalətnin əhalisinin yarısı kürddür və bu qədər əhəmiyyətli cəmiyyəti nəzərə almamaq olmaz.

Gunaz.tv

Bu sözləri Qərbi Azərbaycan əyalətinin Bukan şəhərindən İran parlamentinə göndərilən miliyyətcə kürd Qəsim Osmani deyib.

"Pəyam-e Nur" Universitetinin tələbələri ilə görüşündə kürd dilində çıxış edən Osmani, Qərbi Azərbaycan əyalətində kürdlərin hüquqlarının yetərincə tanınmadığını da iddia edib.

4 dövr İran parlamentnə təyin olunan Osmani, əyalətə onların istəyinin əksinə olaraq miliyyətcə türk valinin seçilməsindəüstüörtülü şəildə gileylənib.

Qeyd edək ki, bir neçə həftə əvvəl kürd millət vəillərivəonların yerlərdəki himayədarları miliyyətcə kürd olan Qəsim Osmaninin əyalətə vali təyin edilməsini təklif etmişdilər.

Təklif urmulu millət vəklləri və azərbaycanlıların etirazları ilə qarşılaşmış, Urmunun İran parlamentindəki nümayəndəsi Salman Zakir bunu yerli əhalinin rəyinə hörmətsizlik adlandırmışdı.

Uzun mübahisə və müzakirələrdən sonra Təbrizdə anadan olan miliyyətcə türk Rza Rəhmani Qərbi Azərbaycan əyalətinin valisi təyin olunub.

Xatırladaq ki, hazırda Qərbi Azərbaycan əyalətinin bəzi bölgələrində yaşayan kürd əhalinin sayı əyalət cəmiyyətinin təxminən 15%-ni təşkil edir.

Onların əksəriyyəti isə son 50 il ərzində İraqdan Qərbi Azərbaycan əyalətinə köçürülüblər.

Başqa bir qismi isə son illər Kürdüstan əyalətindən işləmək üçün Azərbaycana gəlib və burada məskən salıblar.