“Savalan"ı farslaşdırıb "Səbəlan" adlandırmaq... - Əsri Güney Azərbaycan

“Savalan"ı farslaşdırıb "Səbəlan" adlandırmaq... - Əsri

Güney azərbaycanlı sənətçi və müğənni Məcid Əsri İran televizyasını türk adlarını təhrif etdiyinə görə tənqid edib.

Xalqcebhesi.az xəbər verir ki, Əsri bu barədə İran televizyasında iştirak etdiyi verilişdə danışıb.

"Xüsusi isimlər tərcümə olunmur, məsələn "Savalan"ı farslaşdırıb "Səbəlan" adlandırmaq, bu adı təhrif etməkdir", - Əsri bildirib.