Milli fəal Vahid Əbhərinin ailəsinə qarşı təzyiq göstərilir Güney Azərbaycan

Milli fəal Vahid Əbhərinin ailəsinə qarşı təzyiq göstərilir

Milli fəal Vahid Əbhərinin ailəsinə zənglər edilir və onlara təzyiq göstərilir

Gunaz.tv

Yayımlanan xəbərə görə, Azərbaycan Milli Hərəkatının mülki fəalı Vahid Əbhərinin müvəqqəti azadlığa buraxılmasından sonra, son bir neçə gün ərzində İnqilab Keşikçiləri Korpusunun təhlükəsizlik qüvvələri fəalın ailə üzvləri ilə dəfələrlə əlaqə saxlayıb və onların SEPAH-ın qərargahında olmasını istəyiblər.

Milli fəalın anası təhlükəsizlik qüvvələri tərəfindən həbs olunmaqla hədələndikdən sonra o SEPAH-ın qərargahında olub və sorğu-sual edilib.

Nəzərinizə çatdıraq ki, Vahid Əbhərinin valideynləri yaşlıdır, nitq və eşitmə qüsurludurlar.

Qeyd edək ki, Vahid Əbhərinin həbsindən sonra təhlükəsizlik əməkdaşları bu milli fəalın ata evinə basqın edərək evdə axtarış aparıblar.