Təqaüdçülər 3 şəhərdə etiraz aksiyası keçirdi Güney Azərbaycan

Təqaüdçülər 3 şəhərdə etiraz aksiyası keçirdi

Güney Azərbaycanın Urmu, Təbriz və Zəncan şəhərlərində İran Telekommunikasiya Şirkətinin təqaüdçüləri yenidən ənənəvi həftəlik etiraz aksiyası keçiriblər.

Gunaz.tv

Dekabrın 23-də keçirilən aksiya barədə Azad İşçilər Birliyi məlumat yayıb.

Məlumata görə, təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.

Tələblərini əks etdirən plakatlar qaldıran təqüdçülər Rabitə Nazirliyinin rabitə şirkətlərindəki səhmdarları dəstəklədiyini, işçi və təqaüdçülərin hüquqlarının pozulmasına göz yumduğunu bildiriblər.

Qeyd edək ki, təqaüdçülərin 3 ilə yaxındır eyni tələblərlə aksiya keçirmələrinə baxmayaraq problemləri həll olunmamış qalıb.