Təbrizdə “Əsli və Kərəm” teatr tamaşası böyük maraqla qarşılanıb Güney Azərbaycan

Təbrizdə “Əsli və Kərəm” teatr tamaşası böyük maraqla qarşılanıb

Rejissoru Şəhram Əhmədi, ssenari müəllifi Davud Bağeri olan “Əsli və Kərəm” tamaşası 100-dən çox sənətçinin iştirakı ilə səhnələşdirilib.

Gunaz.tv

Tamaça Təbrizin 29-cu Bəhmən mədəniyyət və incəsənət kompleksində nümayiş etdirilib.

Qeyd edək ki, tamaşa şəhər rəsmilərinin iştirakı olmadan və yalnız çox sayda tamaşaçının iştirakı ilə baş tutub.

Mərasimin əvvəlində Azərbaycan mədəniyyətinin və incəsənətinin nüfuzlu simaları olan professor Məhəmməd İbadi və professor Qulamrza Mirzəzadə Azərbaycanın ədəbi-tarixi sərvətlərinə diqqət yetirilməsinin zəruriliyindən danışıblar.

Məlumata görə, "Əsli və Kərəm" tamaşasının ilk günlərində tamaşaçılar tərəfindən teatra böyük axın olduğundan biletlərin hamısı tükənmək üzrədir.

Qeyd edək ki, “Əsli və Kərəm” tamaşası hər gün saat 20:30-dan etibarən Təbrizin 29-cu Bəhmən mədəniyyət-bədii kompleksində öz tamaşaçılarının qarşısına çıxır.