120 həmədanlı işdən qovuldu Güney Azərbaycan

120 həmədanlı işdən qovuldu

Həmədan əyalətinin Kəbudərahəng rayonunda yerləşən Viyan Polad zavodunun 120 işçisi işdən qovulub.

Gunaz.tv

Bu barədə İşçi Hərəkatı fəalları məlumat yayıb.

Məlumata görə, 4 ildən 15 ilə kimi iş təcrübəsi olan işçilərə heç bir təzminat ödənilməyib.

Zavod rəhbərliyi davamlı elektrik kəsintilərinə görə, zavodun fəaliyyətində problemlər yarandığını deyib.

Kəbudərahəng fərmandarlığı isə fərqli bəyanat yayaraq, işçilərin işdən qovulmasını zavoda nəzərdə tutulan büdcənin banklar tərəfindən verilməməsi ilə əlaqələndirib.

İşçilər bildiriblər ki, banklar zavoda bir neçə dəfə kredit ödəsələr də, zavod rəhbərliyi bundan təyinatı üzrə istifadə etməyib və başqa sahələrə sərmayə qoyub.