Tamaşaçıların böyük marağına görə“Əsli və Kərəm” tamaşası 2 seansda nümayiş olunacaq Güney Azərbaycan

Tamaşaçıların böyük marağına görə“Əsli və Kərəm” tamaşası 2 seansda nümayiş olunacaq

Bu günlərdə Azərbaycanın tamaşaçıları tərəfindən böyük rəğbətlə qarşılanan “Əsli və Kərəm” tamaşası bu həftənin bütün günləri üçün biletlər tükəndiyinə görə cümə axşamı və cümə günləri iki dəfə nümayiş olunacaq.

Gunaz.tv

Ssenari müəllifi Davud Baqeri olan, rejissoru Şəhram Əhmədi olan 100-dən çox azərbaycanlı sənətçinin iştirakı ilə səhnəyə qoyulan “Əsli və Kərəm” tamaşası Azərbaycanın incəsənəti, tarixi və ədəbiyyatı ilə maraqlananların böyük işmarağına səbəb olub.

Qeyd edək ki, əbrizin 29 Bəhmən zalında səhnəyə qoyulan tamaşaya həmişəki kimi şəhər rəsmiləri qatılmayıb.