Qəzvinlilər yenidən etiraz aksiyası keçirdilər Güney Azərbaycan

Qəzvinlilər yenidən etiraz aksiyası keçirdilər

Yanvarın 7-də Güney Azərbaycanın Qəzvin şəhərində pulları mənimsənilən vətəndaşlar yenidən etiraz aksiyası keçiriblər.

Gunaz.tv

Onlar bu barədə sosial media şəbəkəsində paylaşım ediblər.

"Təravət novin xodro" avtomobil şirkəti tərəfindən pulları mənimsənilən 28 min qəzvinlinin bir qrupu şəhər məhkəməsi qarşısından əyalət valiliyinin binası qarşısına kimi etiraz yürüyüşü keçiriblər.

Etirazçılar dövlətin himayəsində olan avtomobil şirkətinin çox sayda vətəndaşın pulunu almasına baxmayaraq, illərdir avtomobillərini təhvil vermədiklərinə görə etiraz ediblər.

Qeyd edək ki, qəzvinlilərin davamlı etirazlarından sonra şirkət rəhbərliyindən bir neçə nəfər həbs edilib və hazırda onların məhkəmə prosesi gedir.

Aldadılan qəzvinlilər məhkəmənin ədalətli keçirilmədiyini və mənimsəmədə əliolan əsas şəxslərin məsuliyyətə cəlb olunmadıqlarını bildirirlər.

Son bir neçə 2 il ərzində onlarla oxşar aksiya keçirilsə də, qəzvinlilərin nə avtomobilləri verilir, nə də pulları qaytarılır.