Qəzvin Vətəndaş Qeydiyyat İdarəsi "Atakan" adına sənəd verməkdən imtina edib Güney Azərbaycan

Qəzvin Vətəndaş Qeydiyyat İdarəsi "Atakan" adına sənəd verməkdən imtina edib

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı idarəsinin məsul şəxsləri Qəzvinli Xələc türkünə Atakan adına görə doğum şəhadətnaməsi verməkdən imtina edir, nəticədə bu uşaq 30 aydır doğum haqqında şəhadətnaməsiz qalıb.

Gunaz.tv

Bu barədə Atakanın atası Əlirza Avşar Balamın Adı kampaniyasına danışıb:

“Oğlumuz 2 il 6 ay əvvəl Türkiyənin İstanbul şəhərində dünyaya gəldi və biz ona Atakan adını seçmişik. Oğlumuz dünyaya gələndə biz İstanbulda işləyirdik və xahişimizə əsasən xəstəxana ona Atakan adlı doğum şəhadətnaməsi verdi, Türkiyə hökuməti də ona eyni adlı qırmızı üzlüklü pasport verdi. Doğum haqqında şəhadətnamə almaq üçün İstanbuldakı İran konsulluğuna getdiyimiz zaman rəsmilər “Atakan yad addır, onu seçə bilməzsən, get İranlı ad seç!” dedilər. Nə qədər israr etsək də bu adı qəbulk etmədilər. Qəzvin qeydiyyat idarəsində isə bizə “Bu ad “türkiyə” adıdır və yasaqdır; Ona doğum haqqında şəhadətnamə verməyəcəyik, get “azəri” adı seç!” dedilər. Uşağımızın sənədsiz qalması bizə çoxlu problemlər yaradıb. Sağlamlıq mərkəzləri oğlumuza peyvənd vurmur və deyirlər ki, övladın xarici vətəndaşdır, sən Xarici Vətəndaşlar və İmmiqrasiya İdarəsinə müraciət et!”.

Xatırladaq ki, əvvəllər Təbrizin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsi “Atakan Çuvpani”yə 4 il müddətində doğum haqqında şəhadətnamə verməkdən imtina etsə də nəhayət, ona “Ataxan” adlı doğum şəhadətnaməsi vermişdi.