Güney Azərbaycanın milli fəalı Səyyad (Ovçu) Məhəmmədian məzuniyyət haqqından məhrum edilib Güney Azərbaycan

Güney Azərbaycanın milli fəalı Səyyad (Ovçu) Məhəmmədian məzuniyyət haqqından məhrum edilib

Kərəcin Keçui həbsxanasında 6 aylıq cəza çəkən Güney Azərbaycanın milli fəalı Ovçu Məhəmmədian həbs müddətinin üçdə birini başa vurmasına baxmayaraq məzuniyyət haqqından məhrum edilir.

Gunaz.tv

Ovçu Məhəmmədian Qoşaçay əsillidir və Kərəc (Yengi İmam) şəhərinin sakinidir. O, naybırın 25-də İran İslam Respublikasının təhlükəsizlik qüvvələri tərəfindən Kərəcdəki şəxsi evində həbs edildikdən sonra Kərəc həbsxanasına salınıb.

Qeyd edək ki, Ovçu Məhəmmədian sivil fəaliyyətinə və İranda türk xalqlarına qarşı dil və mədəni ayrı-seçkiliyə etiraz etdiyinə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən təzyiq və təhdidlərə məruz qalıb.