Təbrizli işçilər etiraz aksiyası keçirib Güney Azərbaycan

Təbrizli işçilər etiraz aksiyası keçirib

Yanvarın 20-də Şərqi Azərbaycan əyalətinin telekommunikasiya şirkətinin Təbrizdəki əməkdaşları işi dayandıraraq etiraz aksiyası keçiriblər.

Gunaz.tv

Bu barədə onlar sosialmedia şəbəkəsində paylaşım ediblər.

Etirazçılar Şərqi Azərbaycan əyalətinin Təbrizdəki Mərkəzi Telekommunikasiya İdarəsinin qarşısına toplaşıblar.

Narazı işçilər əmək haqlarının ödənilməməsinə, siğorta və qanunla nəzərdə tutulmuş başqa hüquqlarının təmin olunmamasına etiraz ediblər.

"Bundan əvvəl qanuni hüquqlarımızın təmin edilməsi tələbi ilə keçirdiyimiz aksiyalara görə şirkət rəhbərliyi bizi müqavilələrin ləğvi və işdən qovulmaqla hədələyib",- etirazçı işçilər bildiriblər.