Ərdəbildə xərçəngə yoluxma halları artıb - Səbəb... Güney Azərbaycan

Ərdəbildə xərçəngə yoluxma halları artıb - Səbəb...

Ərdəbil əyalətində xərçəng xəstəliyinə yoluxanlar ən çox mədə, döş, prostat və yemək borusu xərçəngindən əziyyət çəkirlər.

Gunaz.tv

Bu barədə Ərdəbil Tibb Elmləri Universitetinin nümayəndəsi Səid Sadiqiyyə Əhəri məlumat verib.

O, müxtəlif amillərlə yanaşı, hava çirkliliyinin də xərçəngə yoluxma hallarının artması ilə nəticələndiyini söyləyib.

Qeyd edək ki, bundan əvvəl İran Səhiyyə Nazirliyinin açıqladığı statistikaya görə, şimal-qərb bölgəsi, xüsusən Ərdəbil əyaləti xərçəngə, xüsusilə mədə xərçənginə yoluxanların sayına görə ilk yerlərdən birini tutur.

Ərdəbil əyalətində xərçəng xəstəliyinin yayılmasında Ermənistanın Metsamor Atom Elektrik Stansiyası (AES) və bu ölkənin başqa sənaye təsisatlarının zəhərli tullantılarının Araz çayına axıdılması da əhəmiyyətli rol oynayır.

Bir müddət əvvəl “The Geopolitics” saytı bölgədəki ekoloj problemlə balı yaydığı hesabatda Ermənistan tərəfinin Araz çayını çirkləndirməsi ilə bağlı faktları açıqlayıb.

"Ölkənin elektrik enerjisinin 40%-ni təmin edən stansiya çayın radioaktiv maddələrlə çirklənməsinin əsas səbəbkarı sayılır."- sayt yazıb.

Bununla yanaşı Mərənd şəhərinin İran parlamentindəki nümayəndəsi Məhəmməd Həsənnəjad da Araz çayında baş verən ekoloji problem səbəbindən çayın cənub sahilində kənd tədərrüfatının ziyan gördüyünü və xərçəng xəstəliyinin geniş yayıldığını bildirib.