
Azərbaycan və Çin arasında 13 sənəd imzalandı
17 Aprel 19:29
17 Aprel 19:29
17 Aprel 17:14
17 Aprel 10:17
Ötən illə müqayisədə cari yağış ilində Şərqi Azərbaycan əyalətində yağıntıların miqdarı 52% azalıb.
Gunaz.tv
Bu barədə Şərqi Azərbaycan əyalətinin Su və Kanalizasiya Şirkətinin başçısı Məhəmməd Xai xəbərdarlıq edib.
O, bu səbəbdən qarşıdan gələn yay fəslində əyalətdə quraqlığın hakim olacağını və su böhranının gözlənildiyini deyib.
Məhəmməd Xani, qarşıdakı yay fəslində əyalətin 10 şəhəri və 680 kəndində su çatışmazlığı və quraqlığın olacağını bildirib.
Qeyd edək ki, rəsmi statistikaya görə, Şərqi Azərbaycan əyalətində 300 kənd su çatışmazlığından əziyyət çəkir.
Ekoloqlar və müstəqil mütəxəssislər hazırda Şərqi Azərbaycanda 700 kənddə su qıtlığı yaşandığını, 360 kəndin isə bu səbəbdən tamamilə boşaldığını bildirirlər.