70 günlük hüquqi mübarizədən sonra azərbaycanlı uşağa türkcə “Manas” adına doğum haqqında şəhadətnamə verilib Güney Azərbaycan

70 günlük hüquqi mübarizədən sonra azərbaycanlı uşağa türkcə “Manas” adına doğum haqqında şəhadətnamə verilib

Ərdəbilin Germi rayonundan olan Höccət Dana 70 gün davam edən hüquqi mübarizədən sonra “Manas” adına doğum haqqında şəhadətnamə ala bilib.

Gunaz.tv

Bu barədə Höccət Dana Balamın Adı kampaniyasına danışıb:

"Əvvəllər Makuda eyni ada doğum haqqında şəhadətnamə verilib, digər tərəfdən isə Manas adı ilə doğum haqqında şəhadətnamə almaq bizim haqqımızdır." - Höccət Dana bildirib.

Qeyd edək ki, uşaq 2024-cü il noyabrın 9-da dünyaya gəlib və valideynləri onun üçün Manas adını seçiblər. Lakin Germi Vətəndaşlıq Qeydiyyatı Şöbəsinin məsul şəxsləri adın “ad sistemində” olmadığını əsas gətirərək ona şəxsiyyət vəsiqəsi verməkdən imtina edib. Halbuki, yuxarıda da qeyd etdiyimiz kimi əvvəllər də bu ada doğum haqqında şəhadətnamə verilməsi halları baş verib.

Dövlət qurumları doğum haqqında şəhadətnamə verilmiş adları "qadağan olunmuş adlar" siyahısında çıxarmalı olsalar da onlar bunu etmirlər. Nəticədə valideynlər hər dəfə eyni problemlə üzləşməli olurlar.