Qərbi Azərbaycan əyalətinin 7 bölgəsində su qıtlığı yaşanır Güney Azərbaycan

Qərbi Azərbaycan əyalətinin 7 bölgəsində su qıtlığı yaşanır

Qərbi Azərbaycan əyalətinin 20 rayonunun 7-də, o cümlədən Urmu, Xoy, Salmas, Şot, Makı, Bukan, Piranşəhr (Xana) və Sərdəşt rayonlarında su qıtlığı problemi mövcuddur və bu yay aylarında daha da dərinləşəcək.

Gunaz.tv

Bu barədə əyalətin Su və Kanalizasiya Şirkətinin başçısı Məhəmməd Əşrəfi məlumat verib.

Məlumata görə, içməli su və kənd təsərrüfatı üçün lazım olan su çatışmazlığı, adı çəkilən bölgələrin əhalisinin bir qisminin məcburi şəkildə başqa bölgələrə köçmməsinə səbəb olur.

Xüsusilə su qıtlığı səbəbindən kənd təsərrüfatı sahəsinin gəlirliyinin kəskin azalması nəticəsində bölgədəki kəndlərin boşalması halları daha da artıb.

Qeyd edək ki, yeraltı su ehtiyatlarının tükənməsi bölgədə əlavə ekoloji problemlərin, o cümlədən torpaq çökməsinin də genişlənməsi ilə nəticələnib.

Hazırda Qərbi Azərbaycan əyalətinin Urmu, Xoy və Salmas bölgələrində torpaq çökməsi ciddi problem olsa da, bu Salmas və Kəhriz düzənliklərində şidddətli səviyyəyə çatıb.