Sulduzda partlayış- İki nəfər həlak oldu Güney Azərbaycan

Sulduzda partlayış- İki nəfər həlak oldu

Qərbi Azərbaycan əyalətinin Sulduz (Nəqədə) mahalının masvə kəndində fərdi yaşayış evində partlayış olub.
Bu barədə Sulduzun Təcili Yardım Mərkəzinin başçısı Əmir Əliağa Nəjad məlumat verib.

Onun sözlərinə görə, partlayış nəticəsində ailənin 1 kişi və 1 qadın üzvü həlak olub, 4 nəfər isə ağır yaralanıb.

Partlayışın qaz sızması nətcəsində baş verdiyi bildirilib.