Şərqi Azərbaycan nikah sayına görə 5-ci yerdədir Güney Azərbaycan

Şərqi Azərbaycan nikah sayına görə 5-ci yerdədir

Şərqi Azərbaycan evliliklərin qeydə alınması sayına görə İran üzrə 5-ci yerdə qərarlaşıb.

Gunaz.tv

Bu barədə İran Statistika Mərkəzi məlumat yayıb.

Məlumata görə, ən az evlilik sayı Simnan, İlam, Kohgiluye və Boyer Əhməd, Buşehr və Rəzəvi Xorasan bölgələrinin payına düşür.

Bununla yanaşı ümumilikdə İranda boşanma hallarının kəskin artdığı bildirilib.

İran Vətəndaşlıq Qeydiyyatı Təşkilatının hesabatına əsasən, cari günəş ilinin ilk yeddi əyı ərzində ölkədə 274 min 596 nikah, 108 min 673 boşanma qeydə alınıb.

Bununla yanaşı son 15 illik dövrdə isə İranda boşanmaların sayı 46% çoxalıb.

Qeyd edək ki, Şərqi Azərbaycanda nikahların sayının artması həmdə erkən nikahların çoxalması ilə əlaqədardır.

Uşaq hüquqları sahəsində fəaliyyət göstərən "childrightsjournal" qurumunun saytının məlumatına görə, Şərqi Azərbaycan əyalətinin Məlikan (Məlikkəndi), Bostanabad (Uçan), Sarab və Çaroymaq kimi bölgələrində erkən nikahlar daha geniş yayılıb.