Təbrizdə işçlər tətil elan etdi Güney Azərbaycan

Təbrizdə işçlər tətil elan etdi

Bu gün səhər saatlarında Təbrizdə avtomobil ehtiyat hissələrinn istehsalı ilə məşğul olan "Çərxeşgər" şirkətinin işçiləri işi dayandıraraq naməlum müddətə tətil elan ediblər.

Gunaz.tv

Bu barədə işçi hərəkatı fəalları məlumat yayıb.

Məlumata görə, işçilər əmək haqlarının az olması, vaxtında ödənilməməsi və başqa hüquqlarının pozulmasına etiraz edirlər.

"Bundan 10 gün əvvəl işçiləri nümayəndələri ilə şirkət rəhbərliyi arasında danışıq olub və problemlərimizin həll ediləcəyinə söz verilsə də, bu yerinə yetirilmədiyi üçün işi dayadırmaq qərarına gəlmişik",- təbrizli işçilər bildiriblər.