Türkcə “Sonsuz” filmi Fəcr Film Festivalında münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb Güney Azərbaycan

Türkcə “Sonsuz” filmi Fəcr Film Festivalında münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb

Güney Azərbaycanlı Rza Camalinin rejissoru olduğu “Sonsuz” filmi Fəcr Film Festivalında münsiflər heyətinin xüsusi mükafatı olan “Kristal Simurğ”a layiq görülüb.

Gunaz.tv

Kinoşünasların fikrincə, “Sonsuz” bu ilki Fəcr festivalında ən çox diqqət çəkən və fərqli əsərlərdən biri olub, o, kənd icmalarında qadın sonsuzluğu kimi həssas və nadir hallarda rast gəlinən bir məsələyə toxunmaqla tamaşaçıların və tənqidçilərin diqqətini cəlb etməyi bacarıb.

"Sonsuz" Rza Camalinin Ərdəbildə və türkcə çəkilmiş ilk bədii filmidir. Film qadın sonsuzluğu ilə bağlı yanlış fikirləri tənqid etmək üçün yumoristik, lakin acı-şirinli üslübdan istifadə edən komediyadır.

Tənqidçilərin fikrincə, Sonsuzun özünəməxsus xüsusiyyətlərindən biri də ona müəyyən orijinallıq və mədəni kimlik verən türk dilindən istifadə olunmasıdır. “Atabay” və “Ev” kimi filmlərin son illərdəki uğurlu təcrübəsi göstərdi ki, türk dili filmləri daha cəlbedici edə, daha geniş tamaşaçı kütləsi cəlb edə bilər.