![Peşə təhsilinin stimullaşdırılması müəyyən güzəştlərin tətbiqi ilə məhdudlaşmamalıdır – Deputat](https://xalqcebhesi.az/media/2025/02/12/225x136/elcin_mirzebeyli_37.jpg)
![Peşə təhsilinin stimullaşdırılması müəyyən güzəştlərin tətbiqi ilə məhdudlaşmamalıdır – Deputat](https://xalqcebhesi.az/media/2025/02/12/225x136/elcin_mirzebeyli_37.jpg)
Narazılığın artdığı və cəmiyyətin tədricən öz etirazlarını bildirməyə hazırlaşdığı bir vaxtda İran rejimi ictimai etirazların formalaşmasından ehtiyat etdiyi üçün Təbriz şəhərində xəbərdarlıq bülletenləri yaymağa başlayıb.
Gunaz.tv
Təbrizdən gələn xəbərlər göstərir ki, şəhərin bəzi sıx məskunlaşla olan məhəllələrində gecəevlərə xəbərdarlıq bülletenləri atılıb. Bülletenlərdə insanlar hökumətin əmrlərinə tabe olmağa və İran rejimini dəstəkləməyə çağırılıb.
"Zühur yaxındır” kimi başlıqlarla nəşr olunan bu bülletenlər İran rejiminin qarşıdakı günlər və həftələrlə bağlı güclü qorxusunu və Güney Azərbaycanda milli etiraz dalğasının formalaşmasını əks etdirir.
Qeyd edək ki, son günlər bir qrup azərbaycanlı milli fəal 21 fevral (Beynəlxalq Ana Dili Günü) ilə bağlı çağırış edib və insanlardan bu gün saat 21:00-dan başlayaraq koordinasiyalı hərəkətə keçməyi və mövcud vəziyyətə etirazlarını bildirməyi xahiş ediblər.