![Peşə təhsilinin stimullaşdırılması müəyyən güzəştlərin tətbiqi ilə məhdudlaşmamalıdır – Deputat](https://xalqcebhesi.az/media/2025/02/12/225x136/elcin_mirzebeyli_37.jpg)
![Peşə təhsilinin stimullaşdırılması müəyyən güzəştlərin tətbiqi ilə məhdudlaşmamalıdır – Deputat](https://xalqcebhesi.az/media/2025/02/12/225x136/elcin_mirzebeyli_37.jpg)
Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurası İran prezidenti Məsud Pezşkiana göndərdiyi məktubda İranda həbsdə olan azərbaycanlı vəkil Məhəmməd Rza Fəqihinin vəziyyətindən narahatlığını bildirib və onun dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırış ediblər.
Gunaz.tv
"CCBE" kimi tanınan bu ittifaq 46 ölkədən hüquqşünasları və hüquq birliklərini və onların vasitəsilə bir milyondan çox Avropa hüquqşünasını təmsil edir.
Avropa Vəkillər Kollegiyası və Hüquq Cəmiyyətləri Şurası cənab Fəqihinin məhkum edilməsinin vəkil kimi fəaliyyətinə, o cümlədən, insan haqları müdafiəçiləri və siyasi məhbusları müdafiə etmək səylərinə görə baş verdiyini vurğulayıb.
İttifaq öz bəyanatında vurğulayıb ki, Məhəmməd Rza Fəqihinin vəkillik hüququndan məhrum edilməsi İranda vəkilləri sıxışdırıldığının açıq göstəricisidir.
Avropa Vəkillər Kollegiyası və Hüquq Cəmiyyətləri Şurası İran hakimiyyətini vəkilləri və insan haqları müdafiəçilərini hədəfə almağı dayandırmağa çağırıb və xatırladıb ki, bütün vəkillər repressiya, hədə-qorxu və təqiblərdən qorxmadan öz peşə vəzifələrini yerinə yetirə bilməlidirlər.
Xatırladaq ki, Məhəmməd Rza Fəqihi İslam İnqilabı Məhkəməsinin 15-ci Şöbəsi "milli təhlükəsizliyə qarşı hərəkət etmək niyyəti ilə toplaşmaq və sövdələşmək" ittihamı ilə 5 il həbs cəzasına məhkum edilib, həmçinin iki il müddətinə vəkillik fəaliyyəti, siyasi qruplara üzvlük və ölkədən çıxışına qadağa qoyulub.
Əslən Ərdəbil əyalətinin Hir şəhərindən olan və Tehranda məskunlaşan Məhəmməd Rza Fəqihi Mərkəzi Vəkillər Kollegiyasının İnsan Haqları Komissiyasının və Tehrandakı Məhbusların Müdafiə Cəmiyyətinin idarə heyətinin üzvü olub. O, bir çox azərbaycanlı vətəndaş və siyasi fəalı təmsil edib və Mərkəzi Vəkillər Kollegiyasında casusluq işlərində müttəhimlərin müdafiəsinə cavabdeh olan azsaylı vəkillərdən biri olub.