Əkbər Azad xəstəxanadan buraxılıb Güney Azərbaycan

Əkbər Azad xəstəxanadan buraxılıb

Azərbaycan Milli Hərəkatının veteran fəalı Əkbər Azad xəstəxanadan evə buraxılıb.

Gunaz.tv

Azərbaycanlı fəal Siyamək Mirzaii bu xəbəri öz İnstaqram səhifəsində elan edərək, cənab Azadın böyrəklərinin infeksiyaya uğradığını və infeksiyanın onurğa sütununa keçdiyini, bunun sol ayağında hərəkət pozğunluğuna səbəb olduğunu yazıb.

Qeyd edək ki, 27 yanvar 2024-ci ildə Əkbər Azad sürgününün qalan iki ilini keçirmək üçün İlam vilayətinin Dərreh Şəhrinə gedib.

Əkbər Azad Azərbaycan Milli Hərəkatının bir neçə digər fəalı ilə birlikdə 2014-cü ilin martında Beynəlxalq Ana Dili Günü münasibətilə Baharistan əyalətində həbs edilib. Bu fəallar arasında Əlirza Fərşi, Behnam Şeyxi, Həmid Mənafi və Əkbər Azada 2 il həbs və 2 il müxtəlif şəhərlərdə məcburi yaşamağa məhkum edilib.

Xatırladaq ki,siyasi fəal, yazıçı, tədqiqatçı, tərcüməçi, İran Yazıçılar Birliyinin üzvü, Fransa PEN mədəni-ədəbi dərnəyinin üzvü olan Əkbər Azad əvvəllər də dinc fəaliyyətinə görə həbs edilmiş və məhkum olunmuşdur.