Zəncanda milli şüarlar səsləndirilib: “Azərbaycan var Olsun, İstəməyən Kor Olsun” Güney Azərbaycan

Zəncanda milli şüarlar səsləndirilib: “Azərbaycan var Olsun, İstəməyən Kor Olsun”

Futzal üzrə “Arman Zəncan” və “Ərşiya Azərbaycan Səhre qods” komandaları arasında keçirilən oyunda Zəncan vətəndaşları milli şüarlar səsləndiriblər.

Gunaz.tv

Qarşılaşma cümə axşamı axşam Zəncanın 6000 tamaşaçı tutumlu inqilab stadionunda keçirilib.

Oyun əsnasında “Azərbaycan var olsun, istəməyən kor olsun”, “Zəncanlılar var olsun, istəməyən kor olsun”, “Yaşasın Zəncan” şüarları səsləndirilib.

Bundan başqa Zəncan azarkeşləri qarşılaşma zamanı Tıraxtur komandasının bayraqlarını qaldırıblar.

Xatırladaq ki, Zəncan azarkeşləri bir müddət əvvəl həmin stadionda “Urmu, Təbriz, Ərdəbil – Bu səs Zəncandan gəlir” şüarları da səsləndirmişdilər.