
Biz Azərbaycanla dostluğu... - Rusiyalı nazir
20 Fevral 22:50
20 Fevral 22:50
20 Fevral 22:03
20 Fevral 17:26
20 Fevral 17:25
İran Prezidenti Məsud Pezeşkian Tehranda keçirilən "Təbriz Mədəniyyət Həftəsin"nin bağlanış mərasiminə qatılıb.
Gunaz.tv
Bu barədə yerli sosial media şəbəkəsində məlumat və videolar yayılıb.
Mərasimdə fars dilində çıxış edən Pezeşkian Şəhriyarın türk dilində olan "Heydər babaya salam" poemasından iki bənd oxuyub.
Bundan sonra kimliyi məlum olmayan təşkilatçılardan biri prezidentə yaxınlaşaraq ona xəbərdarlıq edib.
"Olsun, iki türkcə şeir oxumağın nə iradı var?" Pezeşkian cavab verib və çıxışına farsca davam edib.
Qeyd edək ki, Məsud Pezeşkian bundan əvvəl prezident seçkisi təbliğat kampaniyası dövründə qeyri-fars dillərin tədrisini nəzərdə tutan konstitusiyanın 15-ci maddəsinin icra ediləcəyinə də söz verib.
O, prezident seçildikdən sonra bu barədə verdiyi vədin həyata keçirilməsi ilə bağlı bu günə kimi hər hansı iş görməyib.