
Biz Azərbaycanla dostluğu... - Rusiyalı nazir
20 Fevral 22:50
20 Fevral 22:50
20 Fevral 22:03
20 Fevral 17:26
20 Fevral 17:25
14 ilə yaxındır ki, Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, əlyazmaları ilə bağlı türkcə kitabların çapı və nəşri ilə məşğul olan Yaylıq Nəşriyyatı fəaliyyətini davam etdirəcəyi təqdirdə Ərdəbil Vilayəti Kəşfiyyat Baş İdarəsi tərəfindən bağlanılacağı və möhürlənəcəyi ilə bağlı hədələnib.
Gunaz.tv
Şair, tədqiqatçı və Yaylıq Ərdəbil Nəşrlərinin direktoru Sədullah Dünyəvi Muğanlı son illərdə dəfələrlə təhlükəsizlik və kəşfiyyat orqanları tərəfindən çağırılıb və həbs olunmaqla hədələnib.
15 fevral 2025-cü ildə isə nəşriyyat Ərdəbil Vilayəti Kəşfiyyat İdarəsi tərəfindən yeni xəbərdalıq alıb, mədəni fəaliyyətlərini davam etdirəcəyi və türk əsərlərini çap edəcəkləri təqdirdə kəşfiyyat idarəsi nəşriyyatı bağlamaqla hədələyib.
Yaylıq Nəşriyyatı, öz növbəsində, İnstaqram səhifəsində kitabın nəşriyyat lisenziyasının fotosunu yerləşdirərək yazıb: "Yetər, Yaylıq Nəşriyyat 2019-cu ildən fəaliyyət göstərir. Cəmi 27 gündür, daimi ofis yaratmışıq və artıq bir neçə dəfə xəbərdarlıq almışıq".
Qeyd edək ki, Ərdəbildəki Yaylıq Nəşriyyatı həm türkcə kitablar nəşr edən, həm də nəfis əlyazmaları toplayıb çap edən azsaylı nəşriyyatlardan biridir. Nəşriyyat 2019-cu ilin dekabrında yaradılıb və son illərdə yüzlərlə Azərbaycan yazıçısı, şairi və tədqiqatçısının əsərlərinin nəşri ilə məşğul olub. Nəşriyyat Güney Azərbaycanda mütaliə mədəniyyətinin dirçəlməsində mühüm rol oynayıb.