Belə azarkeş sevgisi görməmişəm - Əli Aşur Güney Azərbaycan

Belə azarkeş sevgisi görməmişəm - Əli Aşur

Dünən Asiya Çempionlar Liqasının oyunları çərçivəsində Təbrizin Traxtur futbol komandası ilə Bəhreynin "Əl-Xalidiyyə" komandasının oyununda azarkeş dəstəyi rəqib klubun baş məşqçisini heyrətləndirib.

Gunaz.tv

Bu barədə "Əl-Xalidiyyə"nin baş məşqçisi Əli Aşur keçirdiyi mətbuat konfransında danışıb.

Traxturun baş məşqçisi Draqan Skoçiçi belə azarkeşləri olan bir komandaya başçılıq etdiyi üçün təbrik edirəm. Ümid edirəm ki, mən də bir gün belə azarkeş kütləsi olan bir komandaya baş məşqçi olum",- Aşur bildirib.

Qeyd edək ki, dünən Təbrizin Səhənd stadionunda 90 min azərbaycanlı azarkeşin izlədiyi qarşılaşmada nəticə 3-3 hesabı ilə başa çatsa da, öncəki oyundakı qol fərqinə görə, Traxtur növbəti mərhələyə atlayıb.