Türk əleyhdarı tərəfindən Həmədanın "Qarqalan" zirvəsinin türkcə adı təhrif edilib Güney Azərbaycan

Türk əleyhdarı tərəfindən Həmədanın "Qarqalan" zirvəsinin türkcə adı təhrif edilib

İranda türk adlarının təhrif edilməsini davam etdirən türk əleyhdarı faşistlər bu dəfə Həmədanin Əlvənd dağının, Qarqalan zirvəsinin türkcə adını, farsca "Kəlağ Lənə" adı ilə dəyişiblər.

Gunaz.tv

Bu saxtakarlıq sosial media istifadəçiləri arasında gülüş obyektinə çevrilib.

Çünki türkcə “Qarqalan” xüsusi adı qarın qaldığı və ya yığıldığı yer deməkdir. Təhrifçilər isə bu adın "Qarğa" sözündən gəldiyini zənn edərək adı "Kəlağ Lənə" şəklinə saıblar.

Son yüz ildə faşist Pəhləvi rejiminin hakimiyyətə gəlməsi ilə İranın müxtəlif yerlərində minlərlə türk adı təhrif edilərək farscaya çevrilmiş və bu proses indi də davam etməkdədir.