.jpg)
Ermənistan təmas xəttindən çox uzaqlarda mina yerləşdirib
21 Fevral 22:41
21 Fevral 22:41
21 Fevral 21:36
21 Fevral 16:48
Təbriz Universitetinin türk dili və ədəbiyyatı bölümünün tələbələri “Beynəlxalq Ana Dili Günü” münasibəti ilə universitetdə hədiyyələr paylayıblar.
Gunaz.tv
Paylanmış kiçik paketlərin üzərində həm türk, həm də ingilis dillərində "Ana Dili Günün qutlu olsun" yazılıb. Bağlamaların içərisində kağız parçaları da var ki, onların üzərində dil haqqında bayatı yazılıb:
"Əzizinəm dilimdir,
Alma dilim-dilimdir.
Mən xoşbəxt eləyən,
Öz sevimli dilimdir."
Xatırladaq ki, İranda on milyonlarla türk öz ana dilində təhsil almaq, öz ana dilində qəzet və milli televiziyaya sahib olmaq və başqa bu kimi bir çox əsas hüquqlarından məhrumdur. Bu azmış kimi, hətta valideynlər öz uşaqlarına türk adları belə seçə bilmirlər. Vətəndaşlıq Qeydiyyatı Təşkilat ana-atalara türk adından imtina etmək üçün fərqli yollardan süni əngəllər törədir.
Hər il Beynəlxalq Ana Dili Günündə türk şəhərlərində azərbaycanlı fəallar öz ana dilimizdə kitab, təbrik vərəqələri paylayır, divarlara qraffitilər yazır, sosial şəbəkələrdə məlumat verirlər.
Qeyd edək ki, Məsələnin əhəmiyyətini və ana dilində tədrisin zəruriliyini vurğulamaq və dövlətləri bu bəşəri prinsipi həyata keçirmək öhdəliyi götürmək üçün UNESCO 21 fevral tarixini Beynəlxalq Ana Dili Günü kimi qeyd etmişdir.