Təbriz Bələdiyyəsi Muzeyindəv nadir və tarixi hava üfləyici işçilər tərəfindən əzilib Güney Azərbaycan

Təbriz Bələdiyyəsi Muzeyindəv nadir və tarixi hava üfləyici işçilər tərəfindən əzilib

Təbriz Bələdiyyəsinin Muzeyində aparılan yenidənqurma və bərpa işləri zamanı Məlumatsız işçilər aidiyyatı qurumların səhlənkarlığı ucbatından muzeyin nadir və tarixi yel üfləyicisini əl arabalarının altında əziblər.

Gunaz.tv

Metalların əridilməsi üçün işlədilən üfləyici 2007-ci ildən Təbriz Bələdiyyəsi Muzeyində eksponat kimi ictimaiyyətə nümayiş etdirilir.

Təbriz Bələdiyyəsinin Mədəni və İctimai Təşkilatı, Mədəni İrs İdarəsi və layihə rəhbəri bu nadir tarixi abidənin əsas məsuliyyəti daşıyır.

Xatırladaq ki, Azərbaycandakı tarixi abidələr və tikililər bir-birinin ardınca baxımsızlıq ucbatından məhv olduğu halda, fars şəhərlərindəki bu cür abidələr İran hökuməti tərəfindən qorunub bərpa olunaraq turistlərin cəlb edilməsi və regiona gəlir gətirilməsi üçün istifadə olunur.

Qeyd edək ki, 2020-ci ilin aprel ayının əvvəlində Şərqi Azərbaycan Mədəni İrs idarəsinin baş direktorunun müavini Əlirza Quçi Təbrizin tarixi qatının 90%-dən çoxunun məhv edildiyini demişdi.