

15 Aprel 23:33
15 Aprel 21:14
15 Aprel 16:55
Təbrizin “Traktorsazi” klubu İran çempionatında uğurlu çıxışını davam etdirir.
Xalqcebhesi.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi bu gün 20-ci turun oyununda öz meydanında “Xeybar” klubunu minimal hesabla məğlub edib – 1:0. Oyunun taleyini həll edən qolu 46-cı dəqiqədə xorvatiyalı Domaqoy Drozdek vurub.
Vacib qələbə sayəsində xal ehtiyatını 44-ə çatdıran “Traktorsazi” liderliyini bərpa edib.
Qeyd edək ki, ötən gün öz meydanında “Zob Ahan”ı böyük hesabla (4:1) udan “Sepahan” 43 xalla liderliyi ələ keçirmişdi. “Persepolis” klubu 38 xalla ilk üçlükdədir.