

Urmu Bələdiyyəsi Azərbaycanın görkəmli aşıq sənətkarlarından olan Aşıq Məhəmməd Hüseyn Dehqanın uzun illər yaşadığı məhəlləyə onun adını verib.
Gunaz.tv
1934-cü il təvəllüdlü Aşıq Məhəmmədhüseyn Dehqan Urmu aşıqlıq məktəbinin tanınmış müəllimlərindən sayılır. O, Aşıq Dərviş Vahabzadə, Fərhad Səlimi, Yusif Ohanes, Aslan Talebi kimi ustadlarla yanaşı, bu orijinal Azərbaycan musiqisinin qorunub saxlanmasında mühüm rol oynayıb.
Qeyd edək ki, Aşıq Dehqan təkcə Azərbaycanda deyil, beynəlxalq aləmdə də tanınıb, dəfələrlə ölkədaxili və xarici festivallarda iştirak edib.
O, sənət karyerası ərzində Quzey Azərbaycan, Türkiyə, Almaniya, Fransa, Çin, İsveç, Latın Amerikası ölkələri də daxil olmaqla dünyanın iyirmidən çox ölkəsində çıxış edərək Azərbaycan mədəniyyətini beynəlxalq aləmdə tanıdıb. O, həmçinin Quzey Azərbaycandan aşıq sənəti üzrə doktorluq dərəcəsi almışdır.