Qaşqay Yurdda Məhəmməd Bəhmənbəyginin heykəli dağıdılıb Güney Azərbaycan

Qaşqay Yurdda Məhəmməd Bəhmənbəyginin heykəli dağıdılıb

Gəçsaran (Qoç Koroğlu) şəhərində görkəmli qaşqay türk müəllimi, İranda köçəri təhsilin banisi Məhəmməd Bəhmənbəyginin heykəli dağıdılıb.

Gunaz.tv

Heykəl naməlum şəxslər tərəfindən vandalizmə məruz qalıb və bu məsələ bir çox etirazlara səbəb olub. Bu barədə Baydaq agentliyi məlumat verib:

"Məhəmməd Bəhmənbəyginin dilləri birləşdirmə siyasətlərini dəstəkləməsinə və fars mərkəzli sistemə xidmət etmək üçün amansız səy göstərməsinə baxmayaraq, rejimə bağlı şəxslər hətta onun da simvollarını aradan qaldırmağa çalııblar. Bu hadisə onu göstərir ki, İranda bütün ömrünü bu sistemin möhkəmlənməsinə və təbliğinə sərf etmiş Məhəmməd Bəhmənbəygi kimi biri olsanız belə, türk olmaq bağışlanmaz cinayət sayılır."

Qeyd edək ki, bundan öncə İranşəhri irqçi qrupları Şiraz-Kuhçinar marşrutu üzrə “Qaşqay şəhidləri” yolunun plakatını da vandalizmə məruz qoymuşdular. Bu yaşananlar İranda farslar arasında türk düşmənliyinin hansı dərəcədə kökmsaldığını aydın göstərir.