

Təbrizdən olan nümayəndə və İran Parlamentinin Təhsil Komissiyasının rəhbəri Əlireza Monadi ölkədəki məktəblərdə türk dili təhsilinin əhəmiyyətinə toxunaraq deyib: İranlıların 60 faizi türkcə danışır və buna göz yummaq olmaz.
Gunaz.tv
O, ölkədə qeyri-fars dillərinə dəstək olduğunu vurğulayaraq deyib: “Ölkəmizdə 84 yerli dil var idi ki, onlardan 40-ı təəssüf ki, yoxa çıxıb. Ciddi tədbir görməsək, mədəni kimliyimizin mühüm bir hissəsini itirəcəyik. Etnik qruplarımız ölkə üçün dəyərli sərvətlərdir və biz bu imkandan lazımi şəkildə istifadə etməliyik. "Təəssüf ki, son illərdə bəzi yerli dillər yox olmaq təhlükəsi ilə üz-üzə qalıb və onları qorumaq və genişləndirmək üçün yaxşı yazılmış bir plan hazırlamaq lazımdır."
O, türk dilinin önəminə də toxunub: Ölkə əhalisinin təxminən 60 faizi türkcə danışır. Bu dil dünyada ən çox danışılan dillərdən biridir və dünyada ən çox danışılan üçüncü dil hesab olunur. Azərbaycan Respublikası, Türkiyə və Türkmənistan da daxil olmaqla bir çox qonşu ölkələrdə türk dili rəsmi dildir və bu ölkələrlə dil və mədəni əlaqələr İran üçün imkanlar yarada bilər.”
Manadi parlamentdə qeyri-fars dillərinin tədrisi planının nəzərdən keçirilməsi prosesinə də toxunub: “Əvvəlcə hökumət nümayəndəsi bu layihəyə qarşı çıxdı, lakin sonradan hökumət bu qərarın hökumətin rəsmi rəyi olmadığını açıqladı. İndi bəzi xırda məsələlər həll edildikdən sonra bu qanun layihəsi prezidentin təsdiqi ilə yenidən parlamentin təstiqinə təqdim ediləcək.”