Gülşən Novruzinin təklifi ilə Traxtur futbol komandasının nişanı Urmu şəhərində quraşdırılacaq Güney Azərbaycan

Gülşən Novruzinin təklifi ilə Traxtur futbol komandasının nişanı Urmu şəhərində quraşdırılacaq

Urmu Şəhər Şurasının üzvü Gülşən Novruzinin təklifi ilə Traxtur futbol komandasının nişanı Urmu şəhərində quraşdırılacaq.

Gunaz.tv

Xanım Qolşən Novruzi bu təklifi Urmu Şəhər Şurasına Urmu gəncləri adından edib.

Qeyd edək ki, son illər Güney Azərbaycanın bir çox şəhərlərində, o cümlədən Təbriz, Qoşaçay (Miandoab), Ərəbli (Poldəşt) şəhərlərində Traxtor nişanları quraşdırılıb.

Bir müddət öncə Əcəbşir bələdiyyə sədri bildirib ki, vətəndaşların Traxtor komandasının nişanlarının şəhər meydanlarında quraşdırılması ilə bağlı müraciətlərinə cavab olaraq, bu məsələ bələdiyyənin gündəliyinə salınıb və şəhər İctimai Mədəniyyət Şurasından icazə alındıqdan sonra nişanlar şəhərin girişində quraşdırılacaq.

Xatırladaq ki, Traxtor sadəcə futbol komandası deyil, Güney Azərbaycan türkləri üçün azadlıq səsidir. Traktor türk dünyasının ən tanınmış komandalarından biridir.