Traxtor klubunun baş məşqçisi: “Təəssüf ki, hakimlər Traxtora digər komandalar kimi yanaşmırlar" Güney Azərbaycan

Traxtor klubunun baş məşqçisi: “Təəssüf ki, hakimlər Traxtora digər komandalar kimi yanaşmırlar"

Traxtorun baş məşqçisi Draqan Skoçiç Sepahanla oyundan sonra keçirilən mətbuat konfransında İran Futbol Federasiyası hakimlərinin Traxtora qarşı qərəzli olduğunu deyib.

Gunaz.tv

"Sepahanın cərimə meydançasında əl ilə oyun baş vermişdi, ancaq Kaveh Rezaei top onun qarnına dəymiş kimi reaksiya verdi. Penalti vurmağa cəhd etmədik. Ancaq həqiqətən də penalti var idi. Təəssüf ki, Traxtorla digər komandalar kimi rəftar edilmir." deyə Skoçiç bildirib.

Məşqçi, həmçinin əvəzetmə ilə bağlı yaranmış problemdən də danışıb, o hakimlərin onların istədikləri yox, başqa oyunçunu əvəzlədiklərini bildirib. Bundan başqa məşqçi oyunda fasilələrin həddən çox olmasına baxmayaraq hakimin itirilən vaxtı konpensasiya etmədiyini bildirib.