Polis məmurları etiraz edən Tikan Təpə Bələdiyyəsinin işçilərinə atəş açıb Güney Azərbaycan

Polis məmurları etiraz edən Tikan Təpə Bələdiyyəsinin işçilərinə atəş açıb

Polis əməkdaşları Tikantəpə bələdiyyəsinin əmək haqlarının ödənilməməsinə etiraz edən işçilərinə atəş açıb.

Gunaz.tv

Dünən, 3 mart 2025-cü il bazar ertəsi Tikantəpə bələdiyyəsinin işçiləri şəhərin bələdiyyə kompleksinin içərisinə toplaşıblar. Bu azərbaycanlı fəhlələr bir neçə aydır maaşlarının verilməməsinə qarşı dinc və sivil eyləm keçirsələr də, polis əməkdaşları bələdiyyə binasına daxil olaraq işçilərə atəş açıb və onları döyüblər.

Polis əməkdaşlarının açdığı atəş və şiddətli qarşıdurma nəticəsində Tikantəpə bələdiyyəsinin bir neçə işçisi yaralanıb. Əmir Raha, Maqsud Qurbanpur, İrəc Muradi və Həmid Nəvidi bu hadisədə yaralananlar şəxslər olublar.

Hadisə zamanı yaralananlardan birinin oğlu Əmirrza Muradi özünün sosial media hesabında hadisəyə etirazını bildirib:

"Atam haqqını istədi, amma bayramlıq əvəzinə ona 4 güllə vurdular. Bu insafdan deyil" - deyə Əmirrza Muradi bildirib.

Qeyd edək ki, bir sıra yerli sosial media səhifələri və kanalları bu xəbəri işıqlandırsa da, təhlükəsizlik orqanlarının təhdidləri səbəbindən onların hamısı hadisə ilə bağlı xəbərləri silib.

Xatırladaq ki, Yaxın Şərqin ən böyük qızıl mədənləri olan Zərəşuran və Ağdərə qızıl mədənləri Azərbaycanın Tikantəpə şəhərində yerləşir və bu şəhərdə 80-dən çox daş mədəni fəaliyyət göstərir. Lakin bu zəngin ehtiyatlara baxmayaraq, Tikantəpə ölkənin ən yoxsul şəhərləri sırasındadır və bu Azərbaycan şəhəri ciddi işsizlik və miqrasiya ilə mübarizə aparır.