Urmu gölü günü münasibətilə Ərdəbildə plakatlar quraşdırılıb Güney Azərbaycan

Urmu gölü günü münasibətilə Ərdəbildə plakatlar quraşdırılıb

15 Mart Urmu Gölü Günü münasibəti ilə Ərdəbil şəhərində bir qrup azərbaycanlı fəal ictimai yerlərdə diqqəti Urmu gölünün qurumasına çəkmək üçün plakatlar asıblar.

Gunaz.tv

Son illərdə yerli əhali qrupları, ətraf mühit fəalları və azərbaycanlı fəallar davamlı olaraq Urmu gölünün qurumasının fəlakətli nəticələri barədə maarifləndirmə apararaq hakimiyyət orqanlarına xəbərdarlıq edib və Urmu gölünün bərpasına çağırıblar. Ancaq onların bu çağırışları bu günə qədər ciddi heç bir qarşılıq almamışdır.

Qeyd edək ki, 2022-ci ildən bəri 5 mart tarixi hər il Urmu gölü Günü kimi qeyd edilir.

Bu günün adı 1924-cü ildə Urmu gölündə ticarət gəmiçilik hüququnun milliləşdirilməsi haqqında müqavilənin imzalandığı gündən götürülmüşdür.