

İraq kürdləri Təbrizdə sistemli şəkildə məskunlaşdırılır
Gunaz.tv
Son illərdə azərbaycanlı fəallar və vətəndaşlar Şimali İraqdan olan kürdlərin Təbrizə sistemli şəkildə yerləşdirilməsi ilə bağlı mütəmadi olaraq xəbərdarlıq etdiyi halda, Təbriz Universitetinin prezidenti dolayısı ilə bu məsələni təsdiqləyərək, Təbriz Universitetində təhsil alan əcnəbi tələbələrin 90 faizindən çoxunun iraqlı olduğunu bildirib.
Məhəmməd Təqi Ələmi cümə axşamı günü İranın müxtəlif yerlərində universitetlərdə təhsil alan əcnəbi tələbələrin ümumi sayının 47 min nəfər olduğunu elan edib və deyib: Bu rəqəmdən 3400 nəfəri Təbriz Universitetində müxtəlif sahələrdə təhsil alır.
Onun sözlərinə görə, Təbriz Universitetində tələbələri olan ölkələr sırasında İraq, Türkiyə, Azərbaycan, Özbəkistan, Suriya, Əfqanıstan və bir sıra başqa ölkələri qeyd edib.
Ələmi dövlət universitetlərində oxuyan tələbələrlə yanaşı, Azad Universitetində də təxminən 60 min əcnəbi tələbənin olduğuna işarə edərək, deyib: Ümumilikdə İranın xarici tələbələrinin 80 faizi İraq vətəndaşlarıdır.
Qeyd edək ki, İllərdir İran rejimi sistematik olaraq başqa xalqları Azərbaycana köçürməklə Azərbaycanın demoqrafik tərkibini dəyişməyə çalışır.