
Tramp Ukraynaya hərbi yardımı bərpa etdi - Təcili
11 Mart 22:49
11 Mart 22:49
11 Mart 19:51
11 Mart 15:35
Qərbi Azərbaycan əyalətinin Rabitə və Telekommunikasiya Şirkətinin müqaviləli işçiləri martın 12-də başda əyalət mərkəzi Urmu olmaqla, Piranşəhr (Xana), Makı, Soyuqbulaq (mahabad), Xoy, Qoşaçay (Miyandab), Sərdəşt, Çaypara, Salmas və Poldəşt şəhərlərində etiraz aksiyası keçiriblər.
Gunaz.tv
Bu barədə Azad İşçilər Birliyi məlumat yayıb.
Telekommunikasiya Şirkətinin yerli idarələrinin qarşısınatoplaş etirazçılar əmək haqlarının ödənilməməsinə, sığorta və qanunla nəzərdə tutulmuş başqa hüquqlarının təmin olunmamasına etiraz ediblər.
Narazı işçilər, illərdir rəsmi işçilərlərlə müqayisədə daha çox işlədiklərinə baxmayaraq, əmək haqqı və müavinətləri arasında böyük fərq olduğununu, qanunla nəzərdə tutulmuş əlavə ödənişlərinin 2 ildir verilmədiyini deyiblər.
Onlar, rəhbərliyin onlarla görüşməməsi və problemlərinin həlli ilə bağlı zəmanət verilməməsi təqdirdə tətil və etiraz aksiyasını davam etdirəcəklərini bildiriblər.