Zəncanda işçilər etiraz aksiyası keçiriblər Güney Azərbaycan

Zəncanda işçilər etiraz aksiyası keçiriblər

Aprelin 6-da Zəncanın Rabitə və Telekommunikasiya Şirkətinin işçiləri etiraz aksiyası keçiriblər.

Gunaz.tv

Bu barədə Azad İşçilər Birliyi məlumat yayıb.

Zəncan əyalətinin valiliyi qarşısına toplaşan etirazçılar əmək haqlarının ödənilməməsinə, siğorta və qanunla nəzərdə tutulmuş başqa hüquqlarının təmin olunmamasına etiraz ediblər.

Narazı işçilər, illərdir rəsmi işçilərlərlə müqayisədə daha çox işlədiklərinə baxmayaraq, əmək haqqı və müavinətləri arasında böyük fərq olduğununu, qanunla nəzərdə tutulmuş əlavə ödənişlərinin 2 ildir verilmədiyini deyiblər.

Onlar, rəhbərliyin onlarla görüşməməsi və problemlərinin həlli ilə bağlı zəmanət verilməməsi təqdirdə tətil və etiraz aksiyasını davam etdirəcəklərini bildiriblər.