
Ən çox silah alan ölkələr: Azərbaycan neçəncidir? - Siyahı
15 Aprel 23:33
15 Aprel 23:33
15 Aprel 21:14
15 Aprel 16:55
28 şəhərdən 352 əsərin qatıldığı V Təbriz Milli Muğam Festivalı başlayır
Gunaz.tv
Festivalın mətbuat konfransında çıxış edən Qulamrza Mirzəzadə Beşinci Milli Muğam Festivalına Ərdəbil, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Əlburz, Həmədan, Şimali Xorasan və Zəncanın 28 şəhər və vilayətindən 352 əsər təqdim edildiyini bildirib.
“Novruz bayramında novruz səyyahlarını və turistləri qarşılamaq üçün 330 proqram təşkil olunub və bu proqramlarda muğam musiqisi sahəsində sənətkarların imkanlarından da istifadə olunub. Təbrizdə keçirilən Muğam Musiqisi Gecəsində çoxsaylı proqramlar təşkil olunacaq ki, insanların çoxu tədbirdə iştirak edə bilsin. Statistika və rəqəmlər beşinci milli muğam musiqisi festivalında sənət adamlarının və gənclərin iştirakının artdığını göstərir. Muğam musiqisi mədəniyyətimizin bir hissəsidir, Şərq musiqisinin və muğam musiqisinin mənşəyi Azərbaycandır.” - deyə Qulamrza Mirzəzadə bildirib.
Qeyd edək ki, beşinci dəfə keçirilən Milli Muğam Festivalı aprelin 12-dən 16-dək canlı ifalar həyata keçiriləcək.