Ərdəbildə sosial blogerlər həbs edildi Güney Azərbaycan

Ərdəbildə sosial blogerlər həbs edildi

Ərdəbil şəhərində bir neçə bloger və sosial media fəalı həbs edilib.

Gunaz.tv

Bu barədə Ərdəbilin İnqilab və Dövlət Prokurorluğunun nümayəndəsi Mürtəza Tahirifərd məlumat yayıb.

Məlumatda həmin şəxslərin “uyğun olmayan və nalayiq kliplər hazırlamaqla hüquqi və etik standartları pozduqları” iddia olunub, onlar barəsində cinayət işinin açıldığı bildirilib.

Blogerlərin kimliyi, sayı və harada saxlanıldıqları barədə əlavə məlumat verilməyib.

Mürtəza Tahirifərdin sözlərinə görə, Ərdəbil İnqilab və Dövlət Prokurorunun əmri əsasında həmin şəxslərin səhifələri və sosial media kanalları da bağlanıb.