Məsud Pezeşkian yenidən Ustad Şəhriyarın türkcə şeirlərini oxuyub Güney Azərbaycan

Məsud Pezeşkian yenidən Ustad Şəhriyarın türkcə şeirlərini oxuyub

İran prezidenti Məsud Pezeşkiyan dövlət mərasimində bir daha Ustad Şəhriyarın türkcə şeirlərini oxuyub.

Gunaz.tv

Güney Azərbaycan vətəndaşları hesab edirlər ki, bu işlər təqdirəlayiqdir və müəyyən mənada bəzi tabuların aradan qaldırılmasında müsbət addımdır. Amma unutmaq olmaz ki, İranda məzlum xalqların şeir oxumaqla həlli mümkün olmayan fundamental problemləri var.

Məsud Pezeşkian bilməlidir ki, İranda məzlum xalqların ona olan etimadı sonsuz deyil. İqtisadi, mədəni, siyasi problemlər və ayrı-seçkilik, demokratik azadlıqlar kimi məsələlər İranda məzlum xalqların əsas tələblərindəndir ki, bu da şeir oxumaqla həll edilə bilməz.

Ölkədə hakimiyyət və sərvətin ədalətli bölüşdürülməsi, ana dilində təhsil, ekoloji məsələlərə, o cümlədən Urmu gölünə xüsusi diqqət yetirilməsi kimi məsələlər ölkə vətəndaşlarının əksəriyyətinin təməl tələbləridir və yerinə yetirilməsə, çatlar və gərginlik daha da dərinləşəcək.