Alim Qasımov Təbriz Muğam Festivalının keçirilməsini yüksək qiymətləndirib Güney Azərbaycan

Alim Qasımov Təbriz Muğam Festivalının keçirilməsini yüksək qiymətləndirib

Azərbaycanın tanınmış muğam ifaçısı Alim Qasımov ünvanladığı videomüraciətdə Təbrizdə keçirilən Muğam Festivalını dəstəklədiyini bildirib.

Gunaz.tv

Muğam musiqisinin dünya əfsanəsi Alim Qasımov Təbriz Milli Muğam Musiqisi Festivalının işinə uğurlar və davamlılıq arzulayaraq, bu mədəniyyət festivalının təşkilatçılarına minnətdarlığını bildirib.

O, həmçinin mədəni-kütləvi tədbirlərin keçirilməsinin Azərbaycan xalq və klassik musiqisinin təbliğində təsirini və əhəmiyyətini vurğulayaraq, gənc sənətçilərin bu festivalda iştirakından məmnunluğunu ifadə edib.

Alim Qasımov iş qrafikinin dolu olması səbəbindən Təbriz Muğam Musiqisi Festivalına gələ bilmədiyini vurğulayaraq, növbəti dəfə festivalda iştirak edəcəyini bildirib.

Qeyd edək ki, aprelin 12-dən 16-dək Təbriz Bələdiyyəsi Mədəniyyət Təşkilatının dəstəyi ilə beşinci dəfə keçirilən Təbriz Muğam Musiqisi Festivalı baş tutub. Bu festivalda Ərdəbil, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Əlburz, Həmədan, Şimali Xorasan və Zəncanın 28 şəhər və vilayətindən 352 əsər Milli Muğam Festivalına təqdim olunub.