Şərqi Azərbaycan valisi “Traxtor”ın oyunlarının “idman” və “3” kanallarında canlı yayımlanmasını tələb edib Güney Azərbaycan

Şərqi Azərbaycan valisi “Traxtor”ın oyunlarının “idman” və “3” kanallarında canlı yayımlanmasını tələb edib

Şərqi Azərbaycan valisi “Traxtor”ın oyunlarının “idman” və “3” kanallarında canlı yayımlanmasını tələb edib.

Gunaz.tv

Bu barədə Bəhram Sərməst İran Yayım Təşkilatının rəhbərinin iştirakı ilə qubernatorlar və daxili işlər nazirinin iclasında danışıb.

“Mən idman kanallarında konkret idman komandasına qarşı qərəzli olduğu bilinən aparıcı və müxbirlərdən istifadə etməkdən çəkinməyin vacib olduğunu hesab edirəm." - deyə Bəhram Sərməst bildirib.

O, İran Yayım Sistemində türklərə qarşı edilən irqi və etnik təhqirlərə toxunaraq əlavə edib: "İran xalqının mədəni və yerli müxtəlifliyinə hörmətlə baxmaq və İran Yayım Sistemində gərginliyə səbəb olan radio və televiziya verilişlərində təxribat və aşağılayıcı sözlərdən qəti şəkildə çəkinmək lazımdır."

Qeyd edək ki, Azərbaycanın “Traxtor” komandası Asiyanın və Türk dünyasının ən populyar komandası olsa da, hazırda İran Premyer Liqasının turnir cədvəlinin zirvəsində qərarlaşsa da və çempionluq şansı yüksək olsa da, İran milli kanalları komandanın oyunlarını canlı yayımlamaqdan imtina edir.