

“Zərəşuran Tikan Təpə qızıl mədəni illik 3043 kiloqram qızıl hasilatına nail olub.Bu ölkədə ən yüksək qızıl hasilatı rekordudur."
Gunaz.tv
Bu sözləri Zərəşuran Qızıl Mədənləri və Mədən Sənayesinin İnkişafı Şirkətinin baş direktoru Məhəmməd Pərvin deyib.
Pərvin Azərbaycanın bu qızıl mədəninin talanmasını “ölkə üçün böyük şərəf” kimi qiymətləndirsə də, hasilatın artmasının bölgə əhalisinə necə xeyir verdiyini izah etməyib.
Yaxın Şərqin ən böyük qızıl mədənləri olan Zərəşuran və Ağdərə mədənləri Azərbaycanın Tikantəpə şəhərində yerləşir və bu şəhərdə 80-dən çox daş mədəni fəaliyyət göstərir. Lakin bu zəngin resurslara baxmayaraq, Tikantəpə ölkənin 31 ən yoxsul şəhəri sırasındadır və Azərbaycanın bu bölgəsinin əhalisi yoxsulluq, işsizlik və şiddətli miqrasiya ilə mübarizə aparır.