

Aprelin 22-də Təbrizdə Sosial Rifah Təşkilatının işçiləri etiraz aksiyası keçiriblər.
Gunaz.tv
Bu barədə Azad İşçilər Birliyi məlumat yayıb.
Şərqi Azərbaycan əyalətinin Sosial Rifah Təşkilatının qarşısına toplaşan işçilər əmək haqları və müavinətlərinin az olmasına etiraz ediblər.
Etirazçılar bundan əvvəl keçirdikləri aksiyalardan sonra əmək haqlarının artırılması barədə söz verildiyini, ancaq bunun reallaşmadığını deyiblər.