

Azərbaycanın tanınmış hüquqşünası Sina Yusifi, Kərim İsmailzadənin durumundan narahatlığını bildirib və Təbriz həbsxanasında həbsdə olan bu azərbaycanlı fəalın vəziyyətinin araşdırılmasını istəyib.
Gunaz.tv
Sina Yusifi bu barədə özünün sosial media hesabında yazıb.
"Azərbaycanlı siyasi fəal Kərim İsmailzadə xəstəliyinə və ağır mədə xorasına baxmayaraq, iki aydan artıqdır ki, Təbriz zindanının 5-ci palatasında qeyri-müəyyən müddətə saxlanılır. O ailəsi ilə görüşmək və normal müalicə almaq hüquqlarından məhrum edilib."
Qeyd edək ki, Kərim İsmailzadə əvvəllər ekoloji fəaliyyətinə və Urmu gölünün qəsdən qurudulmasına etiraz etdiyinə görə həbs cəzasına məhkum edilmişdi, lakin Təbriz həbsxanasında yatdıqdan sonra azadlığa buraxılmışdı.
Bütün bunlarla yanaşı İran rejimi əsassız iddialarla azərbaycanlı siyasi məhbusların ailələrinə təzyiq göstərməyə də çalışır.